Amerika slənqi və onun formalaşma yolları / Azərbaycan Dillər Universiteti, Elmi xəbərlər, №3, 2022
Date
2022
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Description
Amerika ədəbiyyatının intensiv formalaşması və inkişafı XIX əsrin birinci yarısında başladığından, ayrıca Amerika ədəbi dili və ya ingilis dilinin Amerika variantı haqqında məhz bu dövrdən başlayaraq danışmaq olar. Amerikan ingiliscəsi məhz bu dövrdən yerli söz və ifadələrlə intensive zənginləşməyə başlayır, bədii yaradıcılıqda yerli poetik obrazlar üstünlük verilir. Təsadüfi deyil ki, məhz Amerika ədəbiyyatında "yerli kolorit" adlı termin yaranıb geniş istifadə tapmışdı. Bu isə ən bariz şəkildə müxtəlif səviyyəli slənqlərin, xüsusilə bədii üslubda, işlədilməsində təzahür edir. Məhz bu vaxtdan başlayaraq özəl ABŞ ədəbiyyatı və ingilis dilinin Amerika variantı inkişaf tapır.
Keywords
Amerika slənqi, Qeyri-ədəbi dil, Sosial dialektlər