Əsərləri / Beş cilddə; 3 cild
Date
2005
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
“Lidеr nəşriyyat”
Abstract
Description
Böyük Azərbaycan mütəfəkkiri, məşhur və xariqüladə pyeslər müəllifi Hüseyn
Cavidin “Əsərləri”nin bu cildinə müqtədir sənətkarın, səhnəmizin şah əsərlərindən olub,
dünya ədəbiyyatındakı əfsanəvi İblis surətinin çox böyük ustalıqla canlandırıldığı “İblis”
faciəsi, mövzusu İstanbul həyatından alınmış “Afət”i, Peyğəmbərin dahiyanə obrazının öz
parlaq əksini tapdığı “Peyğəmbər”i və hərb demonunun surətinin yaradıldığı “Topal Teymur” dramı daxil edilmişdir.
Cavid yaşadığı cəmiyyətin, mənsub olduğu soyun və bütövlükdə insanlığın problemlərini əks etdirməyə can atdığı üçün onun mövzuca və qaldırılan problem baxımından heç biri digərini təkrarlamayan bu əsərlərində də dünyanın mahiyyətinə
varılır, həyatın, xilqətin fəlsəfi dərkinə çalışılır.
Əsərlərin imlasına toxunulmayaraq, dil və üslubunun qorunulmasına çalışılmışdır.
Keywords
Peyğəmbər, Topal Teymur, İblis