Müstəqilliyimiz əbədidir. / 41-ci kitab sentyabr,2002 - oktyabr,2002
Date
2012
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Azərnəşr
Abstract
Description
Azərbaycan xalqının ümummilli lideri Heydər Əlirza oğlu Əliyevin oxuculara təqdim olunan bu cildində ölkəmizin sürətli iqtisadi yüksəlişinə, xalqımızın rifahı və tərəqqisi, eləcə də ictimai-siyasi həyatın mühüm məsələlərinə aid çıxışları, nitqləri, Azərbaycan, Gürcüstan, Türkiyə dövlət başçıları ilə Bakı görüşləri, Xəzər və Aralıq dənizlərini birləşdirən Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin təməlqoyma mərasimindəki çıxışı dərc olunmuşdur. Kitabda ulu öndərin görkəmli müğənni və bəstəkar Müslüm Maqomayevlə görüşü, müğənninin 60 illik yubileyinə həsr olunmuş təntənəli gecədə söylədiyi nitqi, bu tədbirə gəlmiş MDB və eləcə də Azərbaycanı təmsil edən tanınmış mədəniyyət və incəsənət xadimləri ilə səmimi söhbətləri öz əksini tapmışdır. Bu cilddə, həmçinin Rusiyaya işgüzar səfəri zamanı prezident V.Putin və digər yüksək vəzifəli şəxslərlə görüşləri, iki ölkə arasında dostluq, əməkdaşlıq əlaqələrinin daha da möhkəmləndirilməsinə və inkişaf etdirilməsinə dair danışıqların sənədləri, KİV orqanlarına verdiyi müsahibələri və s. verilmişdir.
Keywords
Nitqlər, Çıxışlar, Müsahibələr