İndoneziyanın mənəvi həyatında xalq tamaşalarının yeri

Thumbnail Image

Date

2017

Journal Title

Journal ISSN

Volume Title

Publisher

Abstract

Description

Xalq tamaşaları hər bir xalqın mənəvi mədəniyyəti, dini dünyagörüşü, inancları, eləcə də təsərrüfat məişəti, ailə-nikah münasibətləri haqqında müəyyən təsəvvür yaradır. Dünyanın ayrı-ayrı ölkələrində olduğu kimi, İndoneziyanın xalq tamaşalarının-“vayanq”ın (wayang) tədqiqi xüsusi maraq doğurur, aktuallıq daşıyır. “Vayanq-kulit” (kölgələr teatrı), “vayanq beber”, “vayanq kulit purva”, “vayanq-qolek” (taxta kuklalar teatrı), “vayanq-topenq” (maskalı aktyorlar teatrı) kimi müxtəlif növləri olan vayanq həm oyun və əyləncə, həm tamaşa, həm də rəqs kimi təsnifatlaşdırılır. İndoneziya xalq tamaşaları qədimdən şənliklərinin və ibadət ayinlərinin tərkib hissəsi olmışdur. Burada heç bir şənlik teatr tamaşası olmadan ötüşmür, inanca görə, hər hansı uğurlu başlanğıc tamaşadan asılıdır. Multikultural baxımdan zəngin və əhalisinin sayına görə ən böyük müsəlman ölkəsi olan İndoneziya cəmiyyətinin dünyagörüşünü, mənəvi dəyərlərini daha dərindən dərk etmək üçün xalq tamaşalarının tədqiqi vacibdir.

Keywords

Xalq tamaşalarının yaranması, Tamaşaların növləri, Müxtəlif mədəniyyətlərin təsiri

Citation

Collections

Endorsement

Review

Supplemented By

Referenced By