Plüralist yanaşma: fransız dili fənninin tədrisində qeyri-verbal ünsiyyət və bədən dili / Azərbaycan Respublikası Təhsil İnstitutu, Elmi əsərlər, №3, 2024
Date
2024
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Description
Dillərə və mədəniyyətlərə plüralist yanaşma xarici dilin tədrisində mühüm əhəmiyyət kəsb
edir. Dillərə və mədəniyyətlərə plüralist yanaşmanın əsas prioriteti dilöyrənənlər arasında ifadəli öyrənməni dəstəkləməsidir. Odur ki, mədəniyyətlərarası kommunikasiyada bədən dilini və qeyri-verbal ünsiyyəti öyrənmək ünsiyyətin digər elementlərini bilmək qədər vacibdir. Bədən dili və qeyri verbal ünsiyyətin mədəniyyətlərarası mühitdə tədrisi dildə səmərəli və düzgün ünsiyyəti təmin etməkdir. Beləliklə, xarici dil dərslərində həmin dildə danışan insanların mədəniyyətlərinə xas ola biləcək bədən dili xüsusiyyətlərinin ötürülməsi dilin səmərəli şəkildə mənimsənilməsində mühüm rol oynayır.
Keywords
Plüralist yanaşma, Qeyri-verbal ünsiyyət, Bədən dili