“Dil Kimliyi” ideyasının aparici fəlsəfi konsepsiyalarla korrelyasiyasina dair (klassik alman fəlsəfəsindən strukturalizmə qədər) / 2019, Dil və ədəbiyyat, IX cild, №1
Date
2019
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Description
“Dil kimliyi” nəzəriyyəsinin təşəkkül tarixini izlədikdə belə bir mütləq qanunauyğunluqla rastlaşmış oluruq: “dil kimliyi” ideyasının (yəni, verilmiş konkret çərçivədə araşdırma obyektini bu və ya digər mərhələdəki “dil kimliyi” ideyasının) təşəkkülü və inkişafı bilavasitə həmin dövrdə hakim olan ideya-nəzəri doktrinalarla şərtlənir. Başqa sözlə desək, verilmiş zaman kəsimindəki “dil kimliyi” ideyasının inkişaf tempi və spesifikası bu və yadigər dərəcədə məhz həmin dövrdə hansı fəlsəfi konsepsiyanın aparıcı mövqeyə
malik olmasından asılılıq nümayiş etdirir.
Keywords
Fəlsəfi cərəyan, Klassik alman fəlsəfəsi, Dilçilik konsepsiyası