Affikslərin komponent təhlili / AMEA, M.Füzuli adına Əlyazmalar İnstitutu, Filologiya məsələləri. №14, 2023
Date
2023
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
“Elm və təhsil”
Abstract
Description
Kök olmayan bütün morfemlər affikslərdir. Affikslər kökə və ya əsasa artırılır və onların lüğəvi mənası olmur. Sonuncu cəhət aparıcı hesab edilir və buna görə də, yalnız qrammatik mənası olan morfemlər affikslər adlandırılır. İşarələnin tipinə görə affiksləri sözdüzəldici və sözdəyişdirici növlərini ayırmaq vacibdir. Bu affikslərin kökə, yaxud əsasa artırılması ilə kök və ya əsasın mənası dəyişir. Sözdüzəldici şəkilçinin vacib xüsusiyyəti onun yeni əsas yaratması ilə bağlıdır. Aqlütinativ dillərdə lüğəvi mənası olan kökə sözdüzəldici şəkilçi artırılaraq yeni söz düzəlir və bu sözə əsas deyilir. Flektiv dillərdə isə yaranan əsas müstəqil lüğəvi məna daşıyan söz olur və törədici əsas funksiyasında çıxış edir.
Keywords
Sözdüzəldici affiks, Sözdəyişdirici affiks, Şəkilçi