İdiomatik ifadələrin şifahi nitqdə tədrisinin psixoloji xüsusiyyətləri / Azərbaycan Memarlıq və İnşaat Universiteti. Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş Doktorantların və gənc tədqiqatçıların XXIII Respublika elmi konfransı I, 03-04 dekabr, I cild, 2019
Date
2019
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Description
Şfahi ünsiyyətin yaranması üçün konkret ifadələr, frazalar insanın özünü, hiss və duyğularını, fikir və düşüncələrini ifadə edən birbaşa vasitələrdir. İdiomlar isə insanın sonrakı inkişaf mərhələlərində frazalardan törəmiş söz birləşmələridir. İnsan təfəkkürü və təhsilinin inkişafı qloballaşan dünyamızda baş verən texnoloji inqilab ilə insan zəkasının mənəvi yetkinliyi arasında pozulmuş tarazlığa qarşı duran ən mühüm prosesdir. Sosial tərəfdaşlığı şərtləndirən amil insan təfəkküründən doğan şifahi ünsiyyətdir. Şifahi ünsiyyətimizi obrazlı, daha təsirli, ifadəli qurmağımız üçün idiomatik ifadələrdən istifadəmiz qaçılmazdır. Məhz mövzunun praktik əhəmiyyətini labüd edən cəhət budur ki, insan təxəyyülündə ünsiyyətin obrazlı canlanmasını təmin etmək üçün idiomlardan istifadə sosial tərəfdaşlığın ekspressivliyini artıran psixoloji prosesdir.
Keywords
İdrakın yeni strukturu, Sosial tərəfdaşlıq, Nitqin ekspressivliyi