Azərbaycan türklərinin təşəkkülü tarixindən
Date
1994
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
"Azərnəşr"
Abstract
Description
Azərbaycan xalqının mənşəyi problemi əsrimizin 30- cu illərinin zillətli qeyri-milli siyasətilə yanlış bir istiqamətə yönəldildi. Aydındır ki, ―Azərbaycan xalqı‖ deyiləndə, onunçoxsaylı türk dilində danışan əhalisi nəzərdə tutulurdu. Həmin dövrün ortalarında bu xalqın mənşəyi problemi heçə endirildi, ―türk‖ və ―türk dili‖ sözləri ―azərbaycanlı‖ və ―Azərbaycan dili‖ sözləri ilə əvəz edildi.Azərbaycan türk xalqı və dili yer adını təmsil edən ümumi məfhum içində əridildi.Azərbaycan xalqının yetkinləşməsi gedişində türk etnoslarının iştirakı tədqiqat obyekti kimi sönükləşdi,adda-budda eşidilən səslər isə siyasi yollarla kəsildi. Midiyalılar Azərbaycan xalqının əcdadları kimi qələmə verilməyə başlandı.
Keywords
Azərbaycanlıların mənşəyi haqqında mövcüd konsepsiyası, Ən qədim etnoslar, Azərbaycan dilinin təşəkkülünə dair nəticə