İngilis dilində xəbər başlıqlarında ellipsisdən istifadə / Azərbaycan Respublikasının Təhsil İnstitutu, Konfrans Azərbaycanın qədim şəhəri Şuşanın 270 illik yubileyinə həsr olunur. Doktorantların və gənc tədqiqatçıların XXV Respublika elmi konfransının (NASCO XXV) materialları (Humanitar elmlər). I cild, 23-24 noyabr, 2022
Date
2022
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
Abstract
Description
Ellipsis mətnin özü ilə əlaqəsi baxımından bərpa edilə bilən bəzi elementlərinin buraxılmasını və ya silinməsini nəzərdə tutur. Başqa sözlə desək, ellipsis mətnin səmərəliliyinə və yığcamlığına töhfə verən əsas birləşdirici vasitə hesab olunur. Ellipsisin istifadəsi mətndə qeyri-müəyyənliyə səbəb olmamaq şərtiylə, məlumatın həm kodlaşdırılmasında, həm də deşifrə edilməsində vaxt və səylərin miqdarını azaldır, artıqlıqdan və təkrardan qaçır. Qəzet başlıqlarında əsas dilin linqvistik ifadələrindən istifadə edildiyinə görə, ellipsis burada olduqca çox görünən bir hadisədir. Deməli, elliptik konstruksiyalar cümlədə bəzi hissələr olmadan belə başa düşülə bilən bir ifadəni təmin edir.
Keywords
Elliptik konstruksiyalar, Medial ellipsis, Xəbər başlıqları