Ümummilli lider Heydər Əliyevin anadan olmasının 96 illiyinə həsr olunmuş " Heydər Əliyev və müasir Azərbaycan təhsili " adlı respublika tələbə-şagird elmi konfransı. Məzurələrin tezisləri. Bakı şəhəri, 19-20 aprel 2019-cu il
Date
2019
Authors
Journal Title
Journal ISSN
Volume Title
Publisher
«Mütərcim»
Abstract
Description
Ölkəmizdə əsas məqsədi xarici dil mütəxəssisləri hazırlamaq olan aparıcı ali təhsil ocağlarından biri olan Azərbaycan Dillər Universiteti yarandığı gündən etibarən respublikanın elminə və mədəniyyətinə töhfələr verməkdədir.
Universitetin professor-müəllim heyəti yüksək səviyyəli mütəxəssislər ha-zırlamaq məqsədilə ali məktəbimizə qəbul olmuş hər bir gəncin ixtisasına dair bi-lik və bacarıqlara yiyələnməsi ilə yanaşı, onları mütəmadi olaraq elmi fəaliyyətə cəlb etməyə çalışır.
Universitetimizin ən mühüm qayələrindən biri də gələcəkdə ölkənin icti-mai-siyasi həyatında fəal iştirak edən və azərbaycançılıq ideologiyasını əsas tuta-raq ölkəmizi xarici ölkələrdə təmsil edəcək kadrlar yetişdirməkdən ibarətdir.
Bugün universitetimizin professor-müəllim heyəti tərəfindən elmi cəhətdən yetişdirilən tələbələr təkcə Azərbaycanın mextəlif universitetlərində elmi məruzə-lərlə çıxışlar etməklə kifayətlənmir, eyni zamanda beynəlxalq səviyyədə öz bilik və bacarıqlarını nümayiş etdirirlər. Tələbələrimiz Avropa, Asiya, Türkiyə, İspani-ya, Amerika və s. qitələrində bacarıqla respublikamızı təmsil edərək, universiteti-mizi də dünyada tanıdırlar.
2018-ci ildən etibarən universitetin Tələbə Elmi Cəmiyyətinin konfransla-rında nəyinki başqa universitetlərdən müraciət etmiş tələbələr, həmçinin orta məktəblər də müəyyən məruzələrlə çıxış edirlər.