Zeynalov, Əsgər2023-06-212023-06-212006http://hdl.handle.net/123456789/1836Deportasiya və soyqırım! Bəşəriyyət üçün yaranmış ən dəhşətli və ən nifrətedici, nifrətli ifadə və sözlərdən biri. Deportasiya sözü bəlkə bir az yumşaq səslənir. Və ilk anda о qədər də diqqəti cəlb etmir. Ancaq uzun əsrlər boyu və tarixən həmin ərazilərdə yurd salmış, məskunlaşmış insanların birdən-birə öz yerlərindən çıxarılmasını, qovulmasını göz önünə gətirəndə, onların qısa bir anda min bir zəhmətlə, tikdikləri, qurduqları evləri, binaları, sözün geniş mənasında yaratdıqları imarətləri, kənləri, şəhərləri, tarixi abidələri və eləcədə öz əlləri ilə saldıqları bağ-bağatları məcburi surətdə tərk etməsini göz önünə gətirəndə insanı dəhşət bürüyür.otherDeportasiya və soyqırımGenosidQarabağ hadisələri, döyüşlər, vuruşlar.Orda bir yurd var uzaqdaKitab