Abdulla Şaiq
Seçilmiş əsərləri. Üç cilddə. / III cild.
Abdulla, Şaiq
XX əsr milli ictimai, ədəbi və mədəni fikir tariximizdə özünəməxsus yer tutan görkəmli ədib Abdulla Şaiq həm də uşaqların sevimli yazıçısı, şairi və dramaturqudur. Əsrin əvvəllərində də, ortalarında da pedaqoji intibahın görkəmli xadimlərindən biri kimi fəaliyyət göstərən Şaiqin 40 ilə yaxın şərəfli müəllimliyi Azərbaycanda xalq maarifinin tarixinə işıqlı səhifə kimi yazılmışdır. Şair ikən müəllim, müəllim ikən şair olan Şaiqin şeirdə də, tərbiyədə də məqsədi gəncliyin mənəvi çırağını alışdırmaq idi. Azərbaycan uşaq şei"ri və nəsri, dramaturgiyası bütöv və müstəqil bir klassik məktəb səviyyəsində məhz onun yaradıcılığında kamala çatmışdır. Bizdə uşaqlar üçün ilk milli səhnə əsərini, ssenarini o yazmışdır. Gənc tamaşaçılar teatrı milli dramaturqlardan ən çox onun adı ilə bağlı olmuşdur. A.Şaiqin “Seçilmiş əsərləri”nin bu cildinə tanınmış ədibin uşaqlar və gənclər üçün yazdığı əsərləri — şeirləri, poemaları, hekayələri, təmsil və pyesləri daxil edilmişdir.
Seçilmiş əsərləri. Üç cilddə. / I cild.
Abdulla, Şaiq
XX əsrin əvvəlində nəşr etdirdiyi şeir, hekayə və pyesləri, ədəbi-publisist yazıları, müntəxəbat və dərslikləri bir yazıçı və pedaqoq kimi, romantik çalarla aşılanmış maarifçi-realist ədəbi hərəkatın görkəmli xadimi kimi Abdulla Şaiqə geniş şöhrət qazandırmışdır. Ədib həm yaradıcılığı, həm də müəllimlik fəaliyyəti ilə Azərbaycan ədəbi dilinin büllurlaşmasına hərtərəfli xidmət etmişdir. Şaiqin mənsur dili XX əsr Azərbaycan nəsrinin, bu nəsrin bugünkü ifadə mükəmməlliyinə ən yaxın olan bədii ifadə və üslub nümunələrindən biridir. Yaradıcılığının çoxşaxəliliyi onun əsərlərinin məzmun və ideya-bədii keyfiyyətlərinə öz müsbət təsirini göstərmiş, bu əsərlərə ümumxalq məhəbbəti qazandırmışdır. Ədibin “Seçilmiş əsərləri”nin üçcildliyinin I cildinə lirik hekayəçiliyimizin və iri formalı milli nəsrin klassik örnəkləri sayılan hekayələri, povesti və romanları daxil edilmişdir.
Seçilmiş əsərləri / Üç cildə. II cild ﻿ ﻿
Abdulla, Şaiq
Azərbaycan ədəbiyyatının görkəmli simalarından biri olan Abdulla Şaiq romantik  şair, nasir, dramaturq, ədəbiyyatşunas alim, bədii tərcümələr müəllifi kimi zəngin və çoxşaxəli yaradıcılıq irsinə malikdir.