2015
Cəfər Cabbarlı hekayələrinin tədrisi
Əmrahova, Gülnaz
Cəmiyyətdəki problemlər artdıqca, ziddiyyətlər kəskinləşdikcə ədəbiyyatın siyasi-ictimai proseslərə müdaxiləsi də dərinləşir, ən ağrılı və həssas məqamlar ədəbiyyatın mövzusuna çevrilir. Beləliklə, sənətkarların yaradıcılıqlarında təsvir etdikləri obrazlar da yaşayıb-yaratdığı dövrün dinini, əxlaqını, tarixini, siyasi proseslərini, təhsilini və müxtəlif cəhətləri əks etdirir. Cəfər Cabbarlı yaradıcılığını da zəngin edən yaşadığı dövr idi. C.Cabbarlı məhz orijinallığı , yüksək bədii ustalığı, çox şaxəli yaradıcılıq üslubu ilə seçilən sənətkarlardan biridir. Onun əsərləri əks etdirdiyi hadisələrin ictimai fəlsəfi, psixoloji mahiyyətinə, xarakterinə görə milli həyatımızın geniş bir dövrünü əks etdirir.
Nataniel Hotornun kiçik nəsrinin bədii poetikası
Əskərova, Nilufər
Nataniel Hotorn Amerika romantizmi, “Amerika renessansı” dövrünün ən parlaq nümayəndələrindən biridir. Məhz bu illər Amerika milli ədəbiyyatının yaranması, Amerika estetik fikrinin təməlinin qoyulduğu, mövzu və ideya-məzmununun formalaşdığı, poetik forma və janrlarının yarandığı  illərə təsadüf edir.
Ceyms Coysun "Dublinlilər " hekayələr toplusunda qəhrəmanın özgələşmə problemi
Qazızadə, Səmra
Ceyms Coysun “Dubliners”(“Dublinlilər”) hekayələr toplusu yazıçının ilk əsəri olub Dublin həyatının ən müxtəlif qeyri-adi tərəflərini təsvir edir. Hekayələrdəki bu təsvirlər sadəcə realist təsvir olmaqla yanaşı, hər bir detal elə məharətlə seçilib və təşkil olunub ki, istənilən bitmiş fikirdə hər hansı rəmzi mənaya rast gəlmək olur. Hekayələr toplusu insan taleyi, onun həyat tərzi, insanlar arası münasibətlərdən, cəmiyyətin ona göstərdiyi etinasızlıqdan doğan mənəvi böhranı təsvir edir.
Tomas Stern Eliot poeziyasında mifologizmlər
Mircalalovna, Raisa
Mif  insan təxəyyülünün müxtəlif vəziyyətlərdə müəyyən məqsədlər üçün yaradılmış məhsuludur. Mif  emosional və məntiqi assosiasiyalarla təbiətin, dünyanın dərk edilməsidir. XX əsr mədəniyyətində mif xüsusi əhəmiyyət kəsb etmişdir. XX əsrin yanaşmasında mif artıq alleqorik uydurma deyil, elmi təfəkkür, dil, incəsənət, dinlə bərabərhüquqlu dünyanın dərk olunma formalarından biridir. Əslində gerçəklik simvolik formalardan kənarda mövcud ola bilməz, insan onlarsız dinin, incəsənətin, fəlsəfənin, elmin müxtəlif yönlərindən ona məlum olan “ideal dünya”ya giriş əldə edə bilməz. Məhz XX əsrdə mif insan şüurunun və mədəniyyətin sirlərini açmaq üçün özünəməxsus açar rolunu oynadı.