Nizami Gəncəvi
Nizami Gəncəvi
Nizami Gəncəvi və folklor
<description>Nizami Gəncəvi və folklor
Kitabda Azərbaycan və dünya ədəbiyyatının görkəmli siması Nizami Gəncəvi yaradıcılığı ilə bağlı məqalələr toplanmışdır. Məqalələr Nizami irsinin bədii-estetik cəhətdən tükənməz olduğunu göstərməklə yanaşı, Nizamişünaslığın Azərbaycan humanitar-filoloji fikrinin aktual və perspektivli sahəsi olduğunu bir daha ortaya qoyur. Kitabdakı məqalələrin bir çoxu dahi şairin anadan olmasının 870 illik yubileyi ilə bağlı AMEA Folklor İnstitutunda keçirilən elmi sessiyada oxunmuş məruzələr əsasında hazırlanmışdır.
Lirika
<description>Lirika
Gəncəvi, Nizami
Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi "Xəmsə" ilə bərabər ömrü boyu lirik şeirlər yazmış və iyirmi min beytlik bir divan tərtib etmişdir. Hal-hazırda əldə olmayan bu divandan yalnız bəzi nümunələr üzə çıxarılıb nəşr edilmişdir. Əldə olunan şeirlər içərisində qəsidələr, qəzəllər və rübailər vardır. Yüksək sənətkarlıqla yaradılan və məzmun zənginliyi, ideya dərinliyi ilə diqqəti cəlb edən bu şeirlərə nikbin ruh hakimdir.
İskəndərnamə. Şərəfnamə
<description>İskəndərnamə. Şərəfnamə
Gəncəvi, Nizami
onun böyük şan-şöhrətə çatmasından bəhs olunur.
Yeddi gözəl
<description>Yeddi gözəl
Gəncəvi, Nizami; Farscadan tərcümə edəni Məmməd Rahim
"Yeddi gözəl" əsəri "Xəmsə"nin dördüncü kitabıdır. Nizami yaradıcılığının ana xəttini təşkil edən ağıllı və ədalətli şah arzusu "Yeddi gözəl"də başlıca yer tutur. Maraqlı nağılların, məhəbbət macəralarının içərisində şair öz əsas fıkrini ifadə edir; zülmkar şahları xalqın qayğısına qalmağa, dövləti, ölkəni ədalətlə idarə etməyə çağırır. Şair şahları uzaqgörən, həyatı gözəl dərk edən kəniz Fitnə ilə, xalqın, sadə adamların müdrik nümayəndəsi olan qoca çobanla üzləşdirir, öz əsərində sadə adamlara üstünlük verir.