Azərbaycan Dillər Universiteti

Əsərləri. Altı cilddə. / I cild.

Show simple item record

dc.contributor.author Məhəmməd, Fizuli
dc.date.accessioned 2020-10-16T08:12:02Z
dc.date.available 2020-10-16T08:12:02Z
dc.date.issued 2005
dc.identifier.isbn 9952418504
dc.identifier.uri http://hdl.handle.net/123456789/1003
dc.description Azərbaycan-türk şerinin tacidarı Məhəmməd Füzuli Şərq xalqlarının ədəbiyyatına qüvvətli təsir göstərən dahi bir sənətkardır. Xaqani, Nizami, Rumi, Nəsimi, Yunus Əmrə, Nəvai kimi ölməz şairlər sırasında əzəmətlə dayanan Füzulinin şerimizdə yeri ucalardan ucadır. Yaxın və Orta Şərq ölkələrinin heç birində ondan sonra onun səviyyəsində şair yetişməmişdir. Bu gün də şerin dan yerində Füzuli ahından əbədi şam yanır!.. Əsil şairlər hələ də ilham çırağını bu ahın, bu şamın odundan yandırırlar. Füzulinin adı da ilahi haləyə bürünən və Islamda müqəddəs sayılan imzadan götürülübdür – Məhəmməd; hətta doğulduğu yer dünyada ən böyük ziyarət ünvanlarından biridir – Kərbəla. Qəbri də Imam Hüseyn türbəsindədi... Eşq beşiyində paklıqla tərbiyələnən, sözün fəlsəfi mənasında məhəbbət və dinin, dünya miqyasında bənzərsiz bir eşq təliminin banisi – filosofu və şairi olan Füzuli bütün dövrlərin ən böyük “aşiq”idir... “Əsərləri”nin təqdim olunan birinci cildi XVI əsrin bütün Yaxın və Orta Şərqində bədii ənənədə təşəkkül tapan ümumi, vahid türk dili məkanının bu böyük müəllifinin azərbaycanca olan lirik irsini əhatə edir. Füzuli ana dilində yaratmış olduğu bu “Divan” boyu şairliyindən yox, aşiqliyindən bəhs açır, böyük sələflərini şairlərin deyil, aşiqlərin arasında tapır... en_US
dc.language.iso other en_US
dc.publisher "Şərq-Qərb" en_US
dc.subject Füzuli “Divan”ı en_US
dc.subject Qəzəllər en_US
dc.subject Azərbaycan-türk şerinin tacidarı en_US
dc.title Əsərləri. Altı cilddə. / I cild. en_US
dc.type Kitab en_US


Files in this item

This item appears in the following Collection(s)

Show simple item record

DSpace də Axtar


Ətraflı axtarış

Araşdır

Mənim Hesabım