dc.description |
Orta əsrlər Azərbaycan dilində yüksələn şerin ən uca zirvəsi Füzuli yaradıcılığıdır. Yalnız
Azərbaycan xalqının deyil, bütün türk xalqlarının ədəbiyyatına Nəvaidən sonra qüvvətli təsir göstərmiş bu ən böyük sənətkar doğma dilin elə imkalarını kəşf etmişdir ki, ondan sonra ədəbiyyatımızda fars və ərəb dillərində yazıb-yaratmağa bir ehtiyac qalmamışdır. Azərbaycan şeir dilinin müdrik, qanadlı və ibrətli poeziya səviyysinə yüksəlməsi üçün tarixi iş görmüş Füzuli ana dilində yaratdığı əsərləri ilə türkcəni də Şərqdə hakim dil səviyyəsinə qaldırmışdır.
Duyğu dünyasının sonsuz çalarlarını yaşaya-yaşaya onun türk dilindəki bənzərsiz fadəsini üzə çıxarmış Füzulinin "Leyli və Məcnun"u - eşq haqqında dastan deyil, eşq məqamına yüksələn, məcnunlaşan şerin özüdür. Bu mövzu şerimizdə Füzuli ilə başlamayıb, amma Füzuli ilə qurtarıbdı.
Ölməz bəstəkarımız Üzeyir Hacıbəyli 1908-ci ildə yaratdığı ilk Azərbaycan operasını məhz bu poema üzərində qurmuşdur.
Füzuli əsərlərinin təqdim olunan ikinci cildində Şərqin bu ən səmimi, ən həssas şairinin "Leyli və Məcnun"undan başqa alleqorik poemalarından "Bəngü Badə". "Söhbət ül-əsmar", eləcə də ana dilində yazdığı digər əsərləri - müəmmaları, məşhur şikayətnaməsi, məktubları və Ə.Camidən bədii tərcüməsi -"Hədisi-ərbəin" toplanmışdır. |
en_US |