Description:
Kitabın bu nəşri də Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmiş proqram əsasında yazılmışdır. Dörd bölmədən ibarət bu kitabda dilçiliyin ümumi
nəzəri məsələləri, yazı nəzəriyyəsi və s. problemlər aydınlaşdırılır. Bütün məsələlər müxtəlif sistemli dillərin materiallarından götürülmüş faktlar əsasında təhlil olunur.
Universitet tələbələri üçün nəzərdə tutulmuş bu dərslikdən müəllim, magistr, aspirant, dissertant, elmi işçi və eləcə də dilçiliklə maraqlanan hər bir insan faydalana bilər.
Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, ingilis və fransız dillərində nəşr olunmuşdur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr