Description:
Əsərin birinci bölməsində dilçiliyin dil və düşüncə, dil və nitq, dil və mədəniyyət, dil universaliləri, ümumdünya dili və sair nəzəri məsələləri aydınlaşdırılır. İkinci bölmə dilçilik
tədqiqatlarının müasir metodlarının şərhinə həsr olunmuşdur. Burada elmi metodların hər biri geniş xarakterizə edilir.
Kitabdan müəllim, aspirant, dissertant, magistr, elmi işçi və həmçinin dilçiliklə maraqlanan hər bir kəs istifadə edə bilər.
Dünya dilçiliyini geniş əhatə edən bu əsər rus, türk, ingilis və fransız dillərində nəşr olunmuşdur.
Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təsdiq edilmişdir. Təkmilləşdirilmiş 4-cü nəşr.