dc.description |
XIII-XVI əsrlər Azərbaycan ədəbiyyatı yeni mühüm keyfiyyətlər qazanmış, özünəməxsus, mürəkkəb bir inkişaf yolu keçərək yüksək təkamül nöqtəsinə çatmışdır. İctimai-fəlsəfi məzmun, bədii dil və poetik üslub baxımından Füzuli qələminin qüdrəti ilə kamillik dərəcəsinə yetən bu dövr Azərbaycan poeziyası artıq Yaxın Şərq xalqlarının söz sənətinə təsir göstərməyə başlamışdır. Bu cildə XIII-XVI əsrlərin ən görkəmli şairlərinin-İzəddin Həsənoğlu, Qazi Bürhanəddin, Əssar Təbrizi, İmadəddin Nəsimi, Şah Qasım Ənvar, Kişvəri, Şah İsmayıl Xətayi, Məhəmməd Füzuli və başqalarının seçilmiş əsərləri daxil edilmişdir. Məcmuədə müxtəlif janrlı ədəbi əsərlər-poemalar, qəzəllər, qəsidələr, rübailər təqdim olunur. |
en_US |