Description:
XVII-XVIII əsrlər Azərbaycan ədəbiyyatı əvvəlki dövrlər poeziyasından bir sıra özünəməxsus cəhətləri ilə seçilir. Bu dövr poeziyası bir tərəfdən klassik ədəbiyyatın mütərəqqi ənənələrinə bağlılığı, digər tərəfdən də tükənməz xalq yaradıcılığının zəngin təcrübəsinə əsaslanaraq həyata, insana, ictimai mühitə aydın münasibət göstərməsi, sadəliyi və xalq həyatına daha dərindən nüfuz edə bilməsi ilə səciyyələnir. Bu cildə Saib Təbrizi, Vidadi, Vaqif, Qövsi Təbrizi və digər şairlərin əsərlərindən ən yaxşı nümunələr daxil edilmişdir.