Description:
Bu tədqiqat işində ingilis dilində intonasiyaya daha geniş prizmadan yanaşılır. Belə ki, nüvə tonlar və melodik şkalalarla yanaşı, intonasiyanın bir hissəsi olan prosodik komponentlərin də şifahi diskursda müəyyən münasibət mənaları, modal-emosional çalar daşıyıcıları olan elementlər kimi çıxış etməsi və intonasiyanın ingilis dilində diskurs funksiyaya malik olması vurğulanır.