dc.description |
Dissertasiyada ədəbiyyatşünaslığın tarixi-müqayisəli, tipoloji metodlarına istinad edilərək ədəbi-bədii fakt və materialların xronoloji şəkildə dünya, o cümlədən Qərbi Avropa xalqlarının uşaq ədəbiyyatının təkamül prosesinin qanunauyğunluqları, eləcə də onların ədəbi, nəzəri-estetik dəyərləri kontekstində tarixi və ədəbi faktlarla problemin tədqiqi və həlli yolları müəyyənləşdirilmişdir. Araşdırma zamanı tarixilik prinsipinə və ədəbi janrların sistemli ardıcıllığı, xronoloji sisteminə riayət olunmuşdur. Britaniya uşaq ədəbiyyatının inkişaf istiqamətlərinin elmi ümumiləşdirilməsində ədəbiyyatın dövrləşdirmə təsnifatı arealında uşaq ədəbiyyatı haqqında elmi-nəzəri materialların müqəddəm prinsip və müddəalarına istinad edilmiş, uşaq ədəbiyyatı məsələlərinin öyrənilməsinə dair müəllif konsepsiyası irəli sürülmüşdür. |
en_US |