dc.description |
Dahi türk dilçisi və ensiklopedisti Mahmud Kaşğarinin "Divanü lüğat-it-türk" əsəri dünya dilçilik elminin ən qədim və ən möhtəşəm nümunələrindən biridir. Türk dünyasının və türkologiya elminin ən parlaq, ən əhəmiyyətli əsəri olan "Divanü lüğat-it-türk" yalnız türk dili və ədəbiyyatının deyil, eləcə də türk tarixinin, türk mədəniyyətinin, türk mənəviyyatının və psixologiyasının tədqiqi üçün misilsiz mənbə, bitməz-tükənməz qaynaqdır. Bu şah əsər haqlı olaraq min il bundan əvvəlki türk dünyasının ensiklopediyası, türklüyün aynası, Mahmud Kaşğari isə türkçülüyün banisi sayılır. "Divanü lüğat-it-türk"ün tərcüməsi indeks cildi (IV cild) ilə başa çatır. Bu cilddə əvvəlki üç cilddə getmiş bütün sözlər latın əlifbası sırasına görə düzülmüşdür. Bu zaman sözün lüğətin özündə baş söz, yaxud adicə söz olub-olmaması nəzərə alınmamış və onların hamısı baş söz (maddə) kimi alfabetik ardıcıllıqla sıralanmışdır. |
en_US |