Description:
“Multikulturalizmə giriş” fənni yeni interdissiplinar bir fənn olaraq fəlsəfə, tarix, sosiologiya, kulturologiya, hüquq və politologiya kimi ictimai elmlərin nəzəri müddəalarına əsaslanır. Qeyd etmək lazımdır ki, bu müddəalar “Multikulturalizmə giriş” fənnində təhlil olunan mövzuların, ümumiyyətlə, onun predmetinin dərk olunmasına kömək edir. “Multikulturalizmə giriş” fənninin predmetinə gəlincə isə, bu fənn cəmiyyətdəki etnik, irqi, dini və mədəni müxtəlifliklərin, o cümlədən bu müxtəlifliklərin əsasını təşkil edən etnik,
dini və mədəni dəyərlərin qorunması yollarını öyrədir. Məlum olduğu kimi, cəmiyyətdəki etnik-mədəni müxtəlifliyin qorunması multikulturalizm siyasəti vasitəsilə həyata keçirilir.