Description:
Bu kitaba Xalq yazıçısı Kamal Abdullanın sonsuzluq yolçusunun kədərli nəğmələrinə,
qərib adamların öz taleyini danışdığı giley dolu pıçıltılara bənzər şeirlri, qədim yunan mifik qəhrəmanlarının qəzavü-qədərini Ariadna sapına düzmüş
rus poeziyasının “Gümüş dövrü” şairlərindən etdiyi tərcümələri, ədəbiyyatın və
mədəniyyətin müxtəlif problemlərini əhatə etməklə oxucunu sənət labirintlərində
səyahətə dəvət edən ədəbi-fəlsəfi esseləri və öz taleləri ilə barışmaq istəməyən
qəhrəmanların mənəvi iztirablarının ifadəsi olan, hər biri böyük tamaşaçı sevgisi
qazanmış pyesləri daxil edilib.