Description:
Xalq yazıçısı Kamal Abdullanın “Seçilmiş əsərlərinin birinci cildinə onun üç romanı daxil edilib. “Yarımçıq əlyazma” romanının qayəsində “Özün üçün büt yaratma”, “Sehrbazlar dərəsi”ndə “İntiqam hissi ilə yaşama” və nəhayət, trilogiyanın son romanı “Unutmağa kimsə yox...” da isə “Yaşadığın dünya ilə kifayətlənmə” ideyası dayanır. Oxucu bu romanlarda alternativ tarix, tabu mətnlərin dekonstruksiyası, adlarını paltar kimi geyinən dərvişlər, görünməz təpələr, ruh çağıran sehrbazlar, paralel dünyalar və zamanlar ilə qarşılaşır, nəhayət, arxasınca düşdüyü hadisələrin üfüqünə çatır.