Description:
Bu dərslik şagirdlərə yalnız konkret məlumat, konkret bilik vermir. Həm də həmin bilik və məlumatlar vasitəsi ilə onlarda anlayışlar formalaşdırır, hadisələr və anlayışlar arasında qarşılıqlı əlaqələrin olduğu şagirdlərin nəzərinə çatdırılır ki, onlarda elmi dünyagörüşü formalaşsın. Təbiət hadisələri arasında, cəmiyyət hadisələri arasında, birincilərlə ikincilər arasında təbii əlaqələrin mövcudluğunu başa düşən şagirdlərdə istər-istəməz elmi dünyagörüşünün formalaşması üçün münasib mənəvi zəmin yaranmış olur.