Description:
Ünsiyyət yaratmaq üçün insanlar müxtəlif məqsədli fikirlər ifadə etməli olurlar, bu və ya digər həyat faktı haqqında məlumat verir, onun haqqında soruşur, yaxud da onu əhatə edən aləmdən aldığı təsirə cavab olaraq öz hiss-həyəcanlarını bildirirlər. Bütün bunlar ünsiyyət zamanı cümlələr vasitəsilə ifadə edilir. Cümlə müəyyən qrammatik quruluşa malik olmalı, nisbətən bitmiş fikri ifadə etməlidir. Ünsiyyət prosesində işlədilən cümlələr fikri ifadə etmək məqsədinə və qrammatik quruluşuna görə qruplaşdırılır. Cümlə ünsiyyətin yaranmasına xidmət edir və insanlar arasında fikir mübadiləsinin vasitəsidir.