dc.description |
“Kitabi-Dədə Qorqud” dastanı bizə öz keçmişimizi, bu günümüzü, gələcəyimizi daha dəqiq anlamaq, düzgün nəticələr çıxarmaq, perspektivləri doğru-düzgün nəzərə almaq üçün geniş imkanlar verir. Dastanın həm dil qatında, həm məzmunsüjet qatında, həm də mədəni-mənəvi sistem çərçivəsində elmimizə, cəmiyyətimizə, dövlətimizə açıq və gizli mesajlar var. Xüsusilə, gənc nəsil üçün bu Dastanı öyrənmək öz daxili ilə və digər tərəfdən dünya ilə adekvat münasibətlər qura bilmək işində bəlkə də əvəzsiz mənbədir. Mifoloji tarixdən orta əsrlərə qədər olan bir zaman ərzində ictimai şüurumuzun mütəmadi inkişafını və formalaşmasını yalnız bu dastan vasitəsilə öyrənə bilərik. |
en_US |