Description:
Toplanan materiallar pedaqoji elmin və pedaqoji prosesin bütün sahələrini əhatə edir. Pedaqoji proses - təlimin, tərbiyə və təhsilin, habelə onlardan ayrılmaz olan psixoloji inkişafın vəhdətidir, onların bir-birini tamamlamasıdır. Psixoloji inkişaf - təhsildən, təlim və tərbiyədən ayrılmaz olan, onların uğurla getməsini şərtləndirən diqqət, hafizə, təfəkkür tərzləri, iradi keyfiyyətlər kimi psixoloji qüvvələri intensiv inkişaf etdirməkdir.