Description:
Dünyanın müxtəlif regionlarında məskunlaşmış xalqların, o
cümlədən türk xalqlarının çeşidli etnogenetik əlaqələrinin tarix,
dil, folklor, etnoqrafiya, psixologiyası və həyat tərzinin mədəniyyət
və ədəbiyyat kontekstində öyrənilməsi daim aktual olmuşdur.
Keçmiş Sovetlər Birliyinə daxil olmuş Qazaxıstan, Qırğızıstan,
Özbəkistan və Türkmənistanla yanaşı, Azərbaycan Respublikası
da XX əsrin 90-cı illərinin əvvəllərində ikinci dəfə öz müstəqilliyinə
qovuşduqdan sonra ölkəmizin dünya birliyi, o cümlədən türk
xalqları ilə ədəbi-mədəni əlaqələri daha da güclənməyə başlamışdır.
Bundan sonra respublikamızın nəinki Türkiyə Cümhuriyyəti
və müstəqil türk respublikaları, bu gün Rusiya Federasiyası-
nın tərkibində yaşayan azsaylı türk xalqları ilə əlaqələri daha da
intensivləşmişdir. Müstəqillik dövründə tatarların, qaraqalpaqların,
başqurdların, qaqauzların, Şimali-Kipr türklərinin folkloru,
onların yazıçı-şairlərinin yaradıcılığı geniş təhlil və tədqiqat obyektinə çevrilmişdir.