Description:
Demokratik ölkələrin əksəriyyətində kütləvi informasiya vasitələrinin özünüidarəetmə mexanizminin əsasını həmin ölkələrdə uğurla fəaliyyət göstərən Mətbuat Şuraları təşkil edir. Layihənin əsas məqsədi Azərbaycanda da bu cür qurumun yaradılmasıdır. Şura üçün layihə rolunu oynaya biləcək Peşə Etikası Kodeksi yaradılıb, Redaktorlar Birliyinin fəaliyyəti təmin olunub, mətbuatın özünütənzimləmə problemlərinə dair bir sıra tədbirlər, o cümlədən beynəlxalq seminarlar keçirilib, yerli jurnalist təşkilatları ilə mühüm anlaşmalar əldə edilib, bu prosesin sürətlənməsinə yardım göstərə biləcə\k bir çox beynəlxalq qurumlarla əməkdaşlıq barədə razılığa gəlinib. Beləliklə, Mətbuat Şurasının formalaşması üçün baza yaradılıb.