Description:
Oxuculara təqdim olunan bu məcmuə XX əsrin ikinci onilliyində Qərbi Azərbaycanda - oğuz yurdu İrəvanda 1914-cü il fevral ayının 22-dən həmin ilin 30 iyununadək nəşr olunmuş, cəmi 12 nömrəsi işıq üzü görmüş "Lək-Lək" (əslində senzura sənədlərində "Leylək") (Aist) jurnalının ərəb qrafikalı əlifbadan transliterasiyasıdır. "Lək-Lək" "Molla Nəsrəddin" ədəbi məktəbi ənənələrini davam etdirmişdir.