Description:
Qafqaz hələ də qədim ümumbəşəri mədəniyyətin nadir izlərini qoruyur. Burada indi də cəmi bir neçə min adamuı danışdığı dillər mövcuddur. Bu dillərin öyrənilməsi və qorunub saxlanılması bütün bəşəriyyətin həll etməli olduğu böyük əhəmiyyətə malik məsələdir. Qafqaz yəhudilik, xristianlıq və islamın qədim abidəsidir. Burada çox dəyərli əlyazmalar, qayaüstü yazılar, monastırlar, kilsələr, məscidlər və sinaqoqlar saxlanılır. Qafqazda daim böyük dini müəllimlər yaşamışlar ki, bir sıra mistik təlimlər də öz başlanğıcını buradan götürür.