Description:
Hacı Əbülhəsən Racı 1831-ci ildə Təbrizdə doğulmuş, təhsilini də orada almışdır. Şəxsi mütaliə yolu ilə klassik Şərq ədəbiyyatını öyrənən Racinin peşəsi tacirlik imiş. 1876-cı ildə Həcc ziyarətinə getmiş, Məkkədən gəmi ilə qayıdarkən Qirmızı dənizdə tufana düşüb,sərnişinlərlə birlikdə həlak olmuşdur.
Raci əsərlərini Azərbaycan və fars dillərində yazmışdır. Onun divanları və ayrı-ayrı şeirləri dəfələrlə Təbrizdə və Bakıda çapdan çıxmışdır. Burada verilən nümunələr şairin 1992-ci ildə Bakıda nəşr edilmiş " Seçilmiş əsərləri"ndən götürülmüşdür.