Description:
"Azərbaycan dili və nitq mədəniyyəti" dərsliyi altı bölmədən ibarətdir. Dərslikdə Azərbaycan dilinin tarixi, genoloji və tipoloji xüsusiyyətləri haqqında məlumat verilir, Azərbaycan dili və ona dövlət qayğısı, nitq mədəniyyəti anlayışı, natiqliyin tarixi, tədqiqi inkişafı və təbliğindən danışılır. Fənnin məqsəd və vəzifələri, digər fənlərlə əlaqəsi haqqında ümumi məlumat verilir. Azərbaycanda natiqlik sənətinin tarixi, şifahi xalq dəbiyyatının nitq mədəniyyətinin özəyi olması, Azərbaycan natiqləri və s. Dil və nitq, dilin tipləri və formaları, Azərbaycan ədəbi dilinin normaları, üslublar, dilin üslubi imkanları, nitqin etik məsələləri və mədəni nitqə verilən başlıca tələblər haqqında məlumat verilir.