Description:
Tərbiyə haqqında irəli sürülən fikirlər, şəxsiyyətin formalaşmasına dair nəzəriyyələr də təlim-tərbiyə təcrübəsinə bu və ya digər şəkildə təsir göstərir. Pedaqoji prosesə təsir göstərən nəzəri məsələlərdən biri də şəxsiyyətin formalaşmasında müxtəlif amillərin rolu haqqında fikirlər məsələsidir. Pedaqoji elmlər üçün, təlim-tərbiyə işi üçün böyük əhəmiyyət kəsb edən məsələlərdən biri də adamların şüurunu dəyişdirməklə əlaqədardır.