Description:
Azərbaycanın qədim tarixi bütün Qədim Şərq ölkələrinin tarixi ilə sıx şəkildə əlaqəlidir. Assur-babil mənşəli mənbələr, əsasən, Urmiya gölü ətrafındakı əraziləri işıqlandırır. Urartu mənbələri Cənubi Qafqazın Arazətraflı əraziləri barədə də məlumat verir. Xüsusilə Naxçıvan və Zəngəzur bölgələrində iki qayaüstü yazının aşkar olunması onların bu ərazilərin də basqın etmələrindən xəbər verir.