Description:
Kitab Aşıq Ələsgərin şeir dilinə, fərdi üslubunun başlıca atributlarının şərhinə həsr olunmuşdur. Onun poeziya dilinin, bədii üslubunun ən mühüm tərəflərinə, poetik forma sistemində müxtəlif dil vahidlərinin obrazlılıq ekspressivlik keyfiyyətlərinə geniş yer verilmiş, obrazlı dil vasitələrin harmoniyasını yaradan leksik-semantik söz qrupları, ayrı-ayrı üslubi fiqurların yüksək sənətkarlığı təmin edən bədii quruluş komponentlərin estetik məziyyətləri təhlildən keçirilmişdir.