Description:
Bu kitab elmi tədqiqat işi deyil, tədqiqatda deyil. Sadəcə, faktlara, rəqəmlərə, fotoşəkillərə hopmuş insan harayına hay vermək cəhdidir. O eyni zamanda nəsil-nəsil repressiyalara, deportasiya, etnik təmizləmə və soyqırıma məruz qalmış bir xalqın məhkəmə-hökümsüz, sübutsuz-dəlilsiz qətlə yetirilmiş və ya işgəncələr verilmiş çox saylı övladlarının xatirəsinə bir ehtiram nişanəsi, yaddaş rəmzidir. Nəhayət, o təkcə terror qurbnlarına deyil, həm də bu müdhiş bəlaya qarşı mübarizə qəhrəmanlarına bir ithafdır.