Description:
Əsərdə zəngin tarixi, ədəbi, dini-fəlsəfi qaynaqlar əsasında XII-XV əsrlərdəki Azərbaycanın mənəvi mədəniyyəti haqqında geniş təsəvvür yaradılır. Monoqrafiya orta əsrlər dini-fəlsəfi, elmi-pedaqoji, musiqi, oyun-əyləncə düşüncəsinin öyrənilməsi baxımından əhəmiyyət kəsb edir. Kitab tarixçilər, etnoqraflar, dinşünaslar, tələbələr və öz milli mənəviyyat tarixini tanımaq istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulur.