Description:
İlk baxışdan adama elə gəlir ki, Kamal Abdullanın “Mifolinqvistika” proyektinin-əsərinin kökündə sırf praqmatik səbəb durur: alim haqlı olaraq belə hesab edir ki, dilçiliyimizin inkişafını təmin edən metodoloji imkanlar tükəndiyinə görə elmi fikir yerində saymağa başlamışdır; bu onun“xəstələnməsi”ndən xəbər verir və təcili tədbirlər görülməsə, durğunluğun dərinləşməsi, geriyədönməz xarakter kəsb etməsi labüddür.