Description:
Kitabda Azərbaycan Atabəyləri dövlətində idarəetmə üsulu məsələləri ilk
dəfə olaraq nəzərdən keçirilir. Bu dövlətin mədəni həyatı, vergi sistemi, şəhər və
saray iyerarxiyası, əkinçilik və torpaqdan istifadə edilməsi qaydası yeni səpkidə
təhlil olunur.
Tədqiqat prosesində Azərbaycan tarixi üçün yeni olan bir sıra orta əsr yazılı
mənbələ rindən də istifadə edilmişdir.