Description:
Oxuculara təqdim olunan bu kitabda tariximizin ağ səhifələri—1918-20-ci illər—dövrün ictimai-siyasi hadisələri fonunda işıqlandırılmış, Azərbaycan xalqının ADR-dən əvvəlki nə sonrakı taleyi, güzəranı yığcam şəkildə əks etdirilmişdir. Təsadüfi deyildir ki, 1923-cü ildə Türkiyənin İzmir şəhərində keçirilən «Kitab bayramı»nda yenicə nəşr olunmuş «Azərbaycan Cümhuriyyəti» Atatürk mükafatına layiq görülmüşdür.
Kitabın ayrı-ayrı fəsilləri və ya konkret məsələlərə münasibət bəzi oxucular üçün mübahisəli görünə bilər. Lakin nəzərə almaq lazımdır ki, 70 il ərzində ünvanına bircə kərə də xoş söz söylənməyən bu kitabın müəllifini indiki fikir plüralizmi şəraitində kənar təsirlərə qapılmadan dinləməliyik.
Kitabda qeydlər və çətin anlaşılan sözlərin lüğəti verilmişdir. Əsər geniş oxucu auditoriyası üçün nəzərdə tutulur