Description:
XVI əsr ümumdünya tarixinin yeni mərhələsinin başlanması ilə əlamətdardır. Bu feodal cəmiyyətinin daxilində kapitalist istehsal üsulunun yaranması, feodal münasibətlərinin dağılması və Avropanın bir sıra inkişaf etmiş ölkələrində kapitalist istehsalının meydana gəlməsi, milli və çoxmillətli dövlətlərin təşəkkül tapması dövrü idi. Bu dövrdə Qərbi
Avropa ölkələrinin əksəriyyətindəmilli ərazilərin siyasi cəhətdən birləşməsi və mərkəzləşdirilmiş dövlətlərin təşəkkülü prosesi artıq başa çatmışdı. Feodalizm şəraitində siyasi mərkəzləşdirmənin mükəmməl forması mütləq monarxiya idi.