Description:
Kitabda verilən qaynaqlar bir-birindən istər mənĢəcə, istərsə də mahiyyətcə seçilir. Onların yalnız bir qismi Azərbaycanın mənəvi mühitinin yetiĢdirməsidir, böyük bir hissəsi ayrı-ayrı ölkələrdə, tarixin ayrı-ayrı dövrlərində yazılmıĢ tarixi-coğrafi əsərlər, gündəliklər və b. məxəzlərdəndir. Buna görə də, topludakı qaynaqlar tariximizə baxıĢda bir-birindən seçilən iki yanaĢma meyarına əsaslanan Ģərti qruplara bölünür. Bunlardan birincisi indiki tarixĢünaslıqda ―özünü təsviretmə‖ adlanan üsulla bağlıdır yəni Azərbaycan tarixinin acılı-sevincli hadisələrinə sanki bu ölkənin vətəndaĢının gözü ilə baxarıq, bu tarixi və onu təmsil edən xalqı sanki ―ev güzgüsündə‖ görürük. Ġkinci qrup qaynaqlar ―özgələrinin boyası ilə‖ yaranıb, yəni bu qayanqlar baĢqa ölkələri və xalqı təmsil edən müəlliflərin yazılardır. Söz yox ki, hər iki qrup qaynaqların obyektiv və subyektiv üstünlükləri və çatıĢmazlıqları var, buna görə də bunların hamısının indiki mənbəĢünaslıq elminin tənqidi gözü ilə baxmaq olur.