Description:
XIX əsrin sonu - XX əsrin əvvəlləri Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsinin mühüm dövrlərindən biridir. İslahatlardan sonrakı çar Rusiyasında baş verən
əsaslı ictimai-siyasi və iqtisadi dəyişikliklər məcrasında Azərbaycanda əmələ gəlmiş
sahibkarların görkəmli nümayəndələri, onların ideoloqları və ziyalılar bütün imkanlardan
istifadə edərək xalqın milli mənlik şüurunun uyanması, maariflənməsi, siyasi mədəniyyət
səviyyəsinin yüksəlməsi, vətəndaşlıq hüquqlarından tam həcmdə istifadə etməsi üçün
mübarizəyə başçılıq etdilər. Hər cür çətinliklər, məhdudiyyətlər şəraitində deputat seçilmiş
Azərbaycan nümayəndələri Rusiyanın ali qanunvericilik orqanı olan Dövlət Dumasının
tribunasından xalqımızın haqq səsini bütün imperiyaya çatdırdılar.
Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin
yaranmasına doğru aparan dövrün tədqiq olunduğu bu kitabda əsrin əvvəllərində Azərbaycanda cərəyan edən ictimai-siyasi proseslərin geniş mənzərəsi öz əksini tapmış,
mükəmməl təhlil olunmuşdur.
Kitab tarixçilər, tədqiqatçılar, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə
tutulmuşdur.