Description:
Təqdim olunan monoqrafiya tarixşünaslığımızın nisbətən az öyrənilmiş mövzularından oları Azərbaycanın tarixi ərazilərinə, ən başlıcası isə şimal-qərb bölgəsinə - tarixi Car-Balakən camaatlıqları və İ l i s u sullanlığının bir hissəsini əhatə edən Zaqatala mahalına gürcü iddialarının tədqiqinə həsr edilmişdir. Əsərdə sözügedən iddialar 1918-1920-
ci illərin kifayət qədər mürəkkəb Azərbaycan-Gürcüstan münasibətləri fonunda təhlil
edilmişdir. Zəngin arxiv materiallarına, dövri mətbuata və tarixi ədəbiyyata istinad edən
tədqiqat işi Zaqatala mahalının tarixən Azərbaycanın coğrafi, siyasi və sosiol mədəni
mühitinin ayrılmaz üzvi hissəsi olması həqiqətini bir daha təsdiqləyir və Gürcüstanın bəzi
siyasi və elmi dairələrinin Vətənimizin bu tarixi vilayətinə qarşı irəli sürdükləri iddialarının
tutarsızlığını bariz şəkildə üzə çıxarır.
Əsərdə, həmçinin Zaqatala kənd icmalarının «Çiaur meşə məntəqəsi» adlanan
ərazidə və Şirək çölündə - Alazanyanı vadidə olan 23 min hektardan artıq torpaq sahələrinin
Gürcüstan tərəfindən mənimsənilməsi prosesi də araşdırılmışdır. Bu zaman sözügedən ərazinin, habelə Qarayazıda, David-Qareci monastırı rayonunda, Eldar düzündə 1920-ci illərdə geniş torpaq massivlərinin Gürcüstana verilməsində Cənubi Qafqaz federal orqanlarının (Zaqfederasiyanın) məsələyə ədalətsiz münasibətinin həlledici rolu zəngin faktlar əsasında açılıb göstərilmişdir.