Description:
Azərbaycan tarixşünaslığınınson sözü hesab edilən bu əsərdə təkzibolunmaz ilk mənbələr əsasında İrəvan xanlığı ərazisinin azərbaycanlılara məxsus olması sübuta yetirilir, xanlıq əhalisinin etnik tərkibi araşdırılaraq əksəriyyətinin Azərbaycan türkləri olması öz təsdiqini tapır. Kitabda İrəvan xanlığının sosial-iqtisadi həyatı, sərhədləri və inzibati bölgüsü, daxili idarəçilik sistemi, qonşu dövlətlər və xanlıqlarla münasibətləri, xanlığın XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı mübarizəsi, Rusiya dövləti tərəfindən işğalı, ən başlıcası, ermənilərin İran və Osmanlı dövlətlərindən işğal olunmuş İrəvan xanlığı ərazisinə köçürülməsi məsələləri tədqiq edilir.